Vətənim Media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüş oktyabrın 19-da Tehranda keçirilib.
Tərəflər ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdəki son prosesləri, həmçinin Tehranla Moskva arasında əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.
Əsas mənbə: APA
