Uitkoff Zelenski ilə Oslo görüşündən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Uitkoff Zelenski ilə Oslo görüşündən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır

Vətənim Media xəbər verir ki, “Axios” portalının müxbiri Barak Ravid mənbələrinə istinadən “X” hesabında ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun oktyabrın 20-də Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyini yazıb. Görüşdə Norveçin Baş naziri Yonas Qar Störe ilə yanaşı, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Avropa İttifaqı və NATO nümayəndələrinin iştirakı gözlənilir. Məqsəd Rusiya ilə sülh danışıqlarının bərpasına zəmin yarada biləcək hərtərəfli təklif üzərində işi davam etdirməkdir.

Ravidin mənbələrinin bildirdiyinə görə, Uitkoff Oslo görüşündən sonra Moskvaya gedərək təklifləri Vladimir Putinlə müzakirə etməyə ümid edir. ABŞ, Ukrayna və Avropa nümayəndələri ötən həftə mümkün razılaşmanın əsas müddəalarını texniki səviyyədə müzakirə ediblər. Müzakirə olunan məsələlər arasında Rusiyada Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşdüyünə görə məhkum edilmiş 72 yaşlı ABŞ vətəndaşı Stefan Habbardın azad edilməsi də yer alıb. Uitkoffu səfərdə müşayiət etməsi gözlənilən Cared Kuşner qripə yoluxduğu üçün danışıqlara məsafədən qoşulacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗