Vətənim Media xəbər verir ki, MHP sədri Dövlət Bağçalı partiyasının iclasında Türk dünyasının birliyini dosta və düşmənə göstərəcəklərini bildirib.
Bağçalı türk dövlətləri və xalqları arasında dialoqla əməkdaşlığın gücləndirilməsinin müstəqilliyə və suverenliyə töhfə verəcəyini vurğulayıb. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı regionda və dünyada sülh, əmin-amanlıq və ədalət üçün mühüm aktordur.
MHP lideri Türkiyənin ev sahibliyi edəcəyi və oktyabrın 29-30-da keçirilməsi planlaşdırılan təşkilatın 13-cü Zirvə Görüşünü mühüm hadisə kimi dəyərləndirib.
Əsas mənbə: APA
