Vətənim Media xəbər verir ki, APA-nın Salamməlik kəndindən hazırladığı reportajda kəndin tarixi, sakinlərin gündəlik çətinlikləri və gələcəyə ümidləri əks olunub. Gürcüstanın Dmanisi rayonundakı kəndin əsasının, ağsaqqal Elman Osmanovun sözlərinə görə, 1701-ci ildə Zəngəzurdan köçən Yaradanqulu ağa tərəfindən qoyulduğu bildirilir.
Osmanov deyib ki, sovet dövründə kənddə 72 ev olub, indi isə 13 ev qalıb. Sakinlər daxili yolların asfaltlanmamasından, yağışlı və qarlı havada məktəbə gediş-gəlişin çətinləşməsindən şikayət edirlər. Kənddə məktəb 1990-cı illərin əvvəllərində bağlanıb; uşaqlar qonşu Qarabulaq kəndində təhsil alırlar.
Kənddə qaz yoxdur, işıq, su və internet təminatı var. Əsas məşğuliyyət maldarlıq, qismən isə arıçılıqdır. Bələdçi Yusif Osmanov yaxınlıqdakı Yaqublu gölünün turizm məkanına çevrilməsinin ətraf kəndlərdə iş yerləri və infrastruktur yaradacağına ümid edir.
Əsas mənbə: APA
