Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni və danışıqlar üzrə nümayəndəsi Cared Kuşner Ukraynadakı müharibənin nizamlanmasına dair müzakirələrdə irəliləyiş əldə olunduğunu açıqlayıb.
Kuşner “X” sosial şəbəkəsindəki paylaşımında son günlər aparılan danışıqları konstruktiv adlandırıb və ümidverici irəliləyiş olduğunu qeyd edib. O, sülhə nail olmaq üçün hələ bəzi məsələlərin həll edilməli olduğunu, bununla belə, müharibəyə son qoymaq və gələcək nəsillər üçün davamlı sülh, təhlükəsizlik və rifah yaratmaq imkanının mövcud olduğunu bildirib.
Əsas mənbə: APA
