Brüsseldə itkin düşmüş azərbaycanlıların fotoşəkilləri və şəxsi əşyaları nümayiş etdirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Brüsseldə itkin düşmüş azərbaycanlıların fotoşəkilləri və şəxsi əşyaları nümayiş etdirilib

Vətənim Media xəbər verir ki, oktyabrın 21-də Brüsselin Şuman meydanında azərbaycanlı itkin düşmüş şəxslərin xatirəsinə aksiya keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məlumatına görə, tədbiri “Qarabağ İtkin Ailələri” İctimai Birliyi təşkil edib. Aksiya bir gün əvvəl Avropa Parlamentinin qarşısında keçirilən tədbirin davamı olub.

İştirakçılar Ermənistanın 4010 azərbaycanlı itkin düşmüş şəxsin taleyi barədə aydınlıq gətirmədiyini bildirərək məlumatların açıqlanmasını tələb ediblər. Tədbirdə itkinlərin fotoşəkilləri, geyimləri və məktub zərflərindən ibarət instalyasiya nümayiş olunub. Birliyin sədri Könül Behbudova aksiyaların davam etdiriləcəyini deyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗