Vətənim Media xəbər verir ki, Azərbaycanda Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sisteminin bəzi komponent və altkomponentlərinin tətbiqinə cari il ərzində başlanıb. Maliyyə naziri Sahil Babayev bu barədə Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” konfransında danışıb.
Nazirin sözlərinə görə, sistem dövlət maliyyə xidmətlərini vahid elektron portal və rəqəmsal ekosistemdə birləşdirmək üçün yaradılıb. O bildirib ki, müxtəlif alt sistemlərin inteqrasiyası məlumatlara əsaslanan qərarların qəbuluna, proqnozlaşdırma və təhlillərə imkan yaradacaq.
Əsas mənbə: APA
