Texnoloji və sənaye uğursuzluqlarının nəticəsinin təsdiqi qaydası hazırlanacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Texnoloji və sənaye uğursuzluqlarının nəticəsinin təsdiqi qaydası hazırlanacaq

Vətənim Media xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişiklik Nazirlər Kabinetini texnoloji və sənaye uğursuzluqlarının nəticələrinin təsdiqi prosedurunu müəyyənləşdirməyə yönəldir. Prezident İlham Əliyev dəyişikliklə bağlı fərman imzalayıb.

Nazirlər Kabineti üç ay ərzində, Prezidentlə razılaşdırmaqla, innovasiya məhsulunun hazırlanması çərçivəsində elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız çəkilən əməliyyat xərclərinin dairəsini və istiqamətlərini də müəyyən etməlidir. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması bu xərclərə daxil edilməyəcək. Sənəd Rəqəmsal İnkişaf və Nəqliyyat, İqtisadiyyat və Maliyyə nazirliklərinin, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təklifləri nəzərə alınmaqla hazırlanacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗