Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, 2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonuna yerli xərcləri qarşılamaq üçün dövlət büdcəsindən dotasiya ayrılması nəzərdə tutulmur. “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində həmin ərazilərin xərclərini öz gəlirləri hesabına ödəyəcəyi proqnozlaşdırılıb.
Layihəyə əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat olacaq. Qanun layihəsi Milli Məclisə daxil olub.
Əsas mənbə: APA
