Vətənim Media xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə təkbətək görüşü keçirilir.
APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabına istinadən yaydığı məlumata görə, görüşdə ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılır. Bayramov hindistanlı həmkarını Bakıda, Xarici İşlər Nazirliyində qarşılayıb.
Əsas mənbə: APA
