Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrikdə rəssamın Azərbaycan mədəniyyətinə verdiyi töhfələr, boyakarlıq və qrafika əsərləri, eləcə də Abşeron mənzərələrini əks etdirən tabloları qeyd olunub. Prezident onun Azərbaycan Rəssamlar İttifaqının sədri kimi fəaliyyətini və yeni rəssamlar nəslinin formalaşmasına verdiyi töhfəni yüksək qiymətləndirib.
İlham Əliyev Fərhad Xəlilova cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıb.
Əsas mənbə: APA
