Vətənim Media xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılan “Aqrar sahə haqqında” qanun layihəsi 7 fəsil və 28 maddədən ibarətdir. Sənəd aqrar sahənin və ərzaq təhlükəsizliyinin inkişafı, kənd yerlərinin dayanıqlılığı, aqrar məhsulların istehsalı və ilkin emalı, eləcə də iqlim dəyişikliklərinə uyğunlaşma və kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə üzrə dövlət tənzimləməsinin əsaslarını müəyyən edir.
Layihənin qəbulu ilə “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunların ləğvi nəzərdə tutulur. Həmin qanunların aktual müddəaları yeni sənədə daxil ediləcək, digər sahəvi qanunlar isə qüvvədə qalacaq. Layihə Milli Məclisdə birinci oxunuşda qəbul edilib.
Əsas mənbə: APA
