Sadıqovun ev dustaqlığına buraxılması barədə vəsatət rədd edilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Sadıqovun ev dustaqlığına buraxılması barədə vəsatət rədd edilib

Vətənim Media xəbər verir ki, Əfqan Sadıqovun hədə-qorxu ilə tələb etmə ittihamı üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsində ilkin proses keçirilib. Məhkəmə onun ev dustaqlığına buraxılması və vəkilinin yanında əyləşməsinə icazə verilməsi barədə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.

Məhkəmə işi baxışa verib. Baxış iclası noyabrın 3-nə təyin olunub. Sadıqova Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

APA-nın məlumatına görə, Sadıqov bu ilin aprelində Gürcüstandan Azərbaycana deportasiya edilib. İyun ayında əvvəl xitam verilmiş cinayət işi yenidən açılıb və o həbs edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗