Qara dənizdə batmış gəmidə bir nəfər ölüb, üç nəfər itkin düşüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Qara dənizdə batmış gəmidə bir nəfər ölüb, üç nəfər itkin düşüb

Vətənim Media xəbər verir ki, Qara dənizdə, Rumıniyanın Konstansa limanından 13 dəniz mili aralıda “Xoriv” adlı ticarət gəmisi batıb. APA-nın “Novinite”yə istinadən yaydığı məlumata görə, gəmidə 10 Ukrayna və üç Azərbaycan vətəndaşı olmaqla 13 nəfər olub.

Hadisə nəticəsində bir dənizçi ölüb, üç nəfər itkin düşüb, doqquz nəfər xilas edilib. Gəmi yerli vaxtla saat 10:00 radələrində həyəcan siqnalı verib, bundan sonra Rumıniyanın aidiyyəti qurumları müdaxilə edib. İnsidentin səbəbi məlum deyil. İlkin və təsdiqlənməmiş məlumatlarda gəminin dron hücumuna məruz qaldığı və yanğın baş verdiyi bildirilir. Gəmi Rumıniyanın ərazi sularından kənarda, lakin dəniz sərhədinə yaxın olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗