Göyçayda evlərdən 26 min manatdan çox pul və əşya oğurlamaqda şübhəlilər saxlanılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Göyçayda evlərdən 26 min manatdan çox pul və əşya oğurlamaqda şübhəlilər saxlanılıb

Vətənim Media xəbər verir ki, Göyçay rayonunda evlərdən 24 min manatdan artıq pul və 2 500 manat dəyərində məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupunun məlumatına görə, oğurluqda şübhəli bilinən R.Ağayev və qayınatası R.Dadaşov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, məhkəmə hər iki şəxsin həbsinə qərar verib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗