İordan çayının qərb sahilində hücumda İsrailin iki hərbçisi öldürülüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İordan çayının qərb sahilində hücumda İsrailin iki hərbçisi öldürülüb

Vətənim Media xəbər verir ki, “The Times of Israel”in məlumatına görə, İordan çayının qərb sahilində hərbi yoxlanış məntəqəsinə silahlı hücum nəticəsində İsrail ordusunun iki hərbçisi ölüb, üç nəfər yüngül yaralanıb.

İsrailin Baş naziri Benyamin Netanyahu hücum edənlərin gəldiyi ərazilərin təxliyə ediləcəyini və oradakı “terror infrastrukturu”nun məhv olunacağını bildirib. Hadisəni törədənlərdən ikisi İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, daha biri isə qaçıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗