Vətənim Media xəbər verir ki, Milli Məclisin oktyabrın 27-də keçiriləcək iclasının gündəliyinə 12 məsələ daxil edilib. Qanun layihələrinin üçü üçüncü, beşi ikinci, dördü isə birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Gündəlikdə əmək və aviasiya, texniki tənzimləmə, icra və qiymətli kağızlar, Mərkəzi Bank və banklar, ədliyyə orqanlarında qulluq, ətraf mühit, miqrasiya, mülki və inzibati prosessual qanunvericilik, telekommunikasiya və torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı dəyişiklik layihələri var.
Əsas mənbə: APA
