Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib

Vətənim Media xəbər verir ki, Nazirlər Kabineti xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydasını təsdiqləyib. Qayda Azərbaycan Respublikasına idxal edilən və milli texniki reqlamentləri, eləcə də istinad edilmiş standartları olan mallara şamil olunur.

Beynəlxalq müqavilələrdə birbaşa tanınma nəzərdə tutulan hallar istisna olmaqla, sənədlərin həqiqiliyi və müqavilə şərtlərinə uyğunluğu yoxlanılacaq. Belə hallarda sənəd gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanına təqdim edilir. Xarici sənəd tanınmadıqda və ya olmadıqda, mal idxalından əvvəl onun milli texniki reqlamentlərə uyğunluğu qiymətləndirilməlidir.

Sənədlərin tanınmasını uyğunluğu qiymətləndirən qurumlar həyata keçirəcək. Qaydaya əsasən, Keyfiyyət informasiya sistemi vasitəsilə yaradılmayan və qeydiyyata alınmayan sənədlərin tanınması, eləcə də onların qüvvəsinin dayandırılması, bərpası və ləğvi barədə qərarlardan istifadə edilə bilməz.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗