Xankəndidə “SOCGOV 2026” beynəlxalq forumu keçirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Xankəndidə “SOCGOV 2026” beynəlxalq forumu keçirilib

Oktyabrın 23-də Xankəndi şəhərində “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşkil etdiyi tədbirdə müxtəlif ölkələrdən hökumət rəsmiləri, yerli və beynəlxalq ekspertlər iştirak ediblər. Forumda sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiqi, dövlət-vətəndaş münasibətlərinin daha əlçatan və çevik qurulması, həmçinin ağıllı idarəetmə modelləri üzrə təcrübə mübadiləsi müzakirə olunub.

Tədbir panel sessiyaları, tematik işçi qrupları və xüsusi təqdimatlarla davam edib. Forumun yekununda sosial siyasətdə etibarlı məlumatlardan, müasir analitik vasitələrdən və faktlara əsaslanan qərarvermə mexanizmlərindən istifadənin genişləndirilməsini dəstəkləyən bəyannamə qəbul olunub.

Foto: APA / Elgün Gəncimsoy


Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗