Azərbaycan klubları Avropa Kubokunda iki fərdi medal qazandı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycan klubları Avropa Kubokunda iki fərdi medal qazandı

Vətənim Media xəbər verir ki, Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə Avropa Klub Kuboku başa çatıb. Qadınların turnirində “Odlar Yurdu” klubu 10 xalla üçüncü və dördüncü yerləri bölüşüb, əlavə göstəricilərə əsasən yekun sıralamada dördüncü olub. Kişilərin yarışında “Vüqar Həşimov” klubu 10 xalla 10-cu yeri tutub.

“Vüqar Həşimov”un üzvü Aydın Süleymanlı birinci lövhədəki şəxsi nəticəsinə görə bürünc medal qazanıb. “Odlar Yurdu”nun şahmatçısı Gülnar Məmmədova isə dördüncü lövhədə qızıl medala layiq görülüb. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Baegan Pendik” klubu turnirin qalibi olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗