Vətənim Media xəbər verir ki, Tovuz şəhərinin Xəqani küçəsində 7 aylıq uşaq mənzildə qapalı qalıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə çoxmərtəbəli binanın üçüncü mərtəbəsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri və təcili tibbi yardım briqadası gəlib. Xilasedicilər uşağı mənzildən çıxararaq tibbi yardım briqadasına təhvil veriblər. Məlumata görə, körpənin səhhətində problem yoxdur.
Əsas mənbə: APA
