Vətənim Media xəbər verir ki, Bakı-Qazax magistralının Tovuz rayonundan keçən hissəsində avtomobil piyadanı vurub.
APA-nın yerli bürosunun məlumatına görə, “VAZ-2107” yolu keçmək istəyən Tovuz rayon sakini, 46 yaşlı A. Əsgərovu vurub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Əsas mənbə: APA
