Bakıda Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası keçirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası keçirilib

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, oktyabrın 25-də Atletlər Kəndinin qarşısında Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarının azarkeşləri toplaşaraq futbolçuları yarışlara yola salıblar.

Azarkeşlər komandalarına dəstəklə yanaşı, milli kimliklərinə, mədəniyyətlərinə və ənənələrinə bağlılıqlarını nümayiş etdiriblər. Tədbirdə Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin əhəmiyyəti vurğulanıb. Bakı Təşəbbüs Qrupu daha əvvəl komandaların Azərbaycana səfərini alqışlayıb və futbolun xalqlar arasında dostluğu, mədəni əlaqələri möhkəmləndirdiyini bildirib.

Bakıda oktyabrın 22-dən 30-dək keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 futbol assosiasiyasının komandalarının iştirakı nəzərdə tutulub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗