Naxçıvan-Şahbuz yolunda qəza: altı nəfər xəsarət aldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Naxçıvan-Şahbuz yolunda qəza: altı nəfər xəsarət aldı

Vətənim Media xəbər verir ki, Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Vayxır kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər xəsarət alıb.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onların arasında 2017-ci il təvəllüdlü uşaq da var.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗