Neftçalada yağıntı aylıq normanı keçib: Kəlbəcərə qar yağıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Neftçalada yağıntı aylıq normanı keçib: Kəlbəcərə qar yağıb

Vətənim Media xəbər verir ki, Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə, oktyabrın 25-i saat 10:00-a olan göstəricilərdə Neftçalada 48 millimetr yağıntı qeydə alınıb. Bu, aylıq normanın 106 faizidir.

Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb. Kəlbəcərdə qar örtüyü 2 santimetrə çatıb. Bakı və Abşeron yarımadasında yağıntının miqdarı 9 millimetrədək olub; Biləsuvarda 21, Mingəçevirdə 20 millimetr yağıntı qeydə alınıb.

Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qusar, Qaxın Sarıbaş kəndi, Şəki, Xızı, Qrız və Göyçayda duman müşahidə edilib. Görünüş məsafəsi 500 metrədək azalıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗