Vətənim Media xəbər verir ki, oktyabrın 23-dən Bakı Bulvarında keçirilən Zeytun Festivalı bu gün başa çatır. Dənizkənarı Milli Parkda təşkil olunan tədbirin son günündə yerli istehsalçıların zeytun və zeytun məhsulları ziyarətçilərə təqdim olunur.
Festivalın proqramında konsertlər də yer alır. Son gün DJ Kamo və “Wave band”ın çıxışları ilə başlayıb; gün ərzində Teymur Süleymanbəyli və “Excellent band”ın, axşam isə Azad Şabanov və Zamiq Hüseynovun səhnəyə çıxması nəzərdə tutulub. Musiqi proqramını Xalq artisti Aygün Kazımovanın çıxışı yekunlaşdıracaq.
Tədbirin məqsədi Azərbaycanın zeytunçuluq ənənələrini tanıtmaq, yerli istehsalçıları dəstəkləmək və sahədə milli brendlərin inkişafına töhfə verməkdir. Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə təşkil olunub.
Əsas mənbə: APA
