Vətənim Media xəbər verir ki, Azərbaycan Ordusunda ehtiyatdan çağırılan hərbi vəzifəlilərin təlim toplanışları yekunlaşıb. Müdafiə Nazirliyinin APA-ya verdiyi məlumata görə, toplanışların başa çatması münasibətilə tədbirlər keçirilib.
Təlimlərdə nəzəri və praktiki məşğələlər müxtəlif ixtisaslar üzrə aparılıb. Tədbirdə bildirilib ki, məşğələlər hərbi vəzifəlilərin döyüş hazırlığını yüksəltməyə, bilik və bacarıqlarını təkmilləşdirməyə xidmət edib və qarşıya qoyulan məqsədlərə nail olunub. Toplanışlarda fərqlənən hərbi vəzifəlilər təltif edilib.
Əsas mənbə: APA
