Vətənim Media xəbər verir ki, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə qaydalarını təsdiqləyib. Qərar 2026-cı il sentyabrın 15-dən tətbiq olunacaq, maliyyələşmə isə 2026/2027-ci tədris ilindən mərhələli şəkildə başlanacaq.
Yeni qaydalar ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir. Hər təhsilalan üçün illik xərc müvafiq səviyyəyə aid artım əmsalı ilə hesablanacaq. Müəssisələrə ayrılan ümumi məbləğ təhsil səviyyələri üzrə hesablanmış xərclərin cəmlənməsi əsasında müəyyən ediləcək. Məktəblərlə Elm və Təhsil Nazirliyi arasında çərçivə müqavilələri hər il sentyabrın 15-dək imzalanacaq.
Əsas mənbə: APA
