Vətənim Media xəbər verir ki, ABŞ Nümayəndələr Palatasındakı demokratların fraksiya lideri Hakim Ceffris prezident Donald Trampı müdafiə naziri Pit Heqseti vəzifədən azad etməyə çağırıb. APA-nın məlumatına görə, Ceffris Heqseti bu vəzifə üçün yararsız saydığını və Tramp bunu etməsə, demokratların məsələni Konqresdə qaldıracağını bildirib.
Respublikaçı konqresmen Tomas Massi də Heqsetin impiçmentini nəzərdə tutan qətnaməni yenidən təqdim etməyə hazır olduğunu açıqlayıb.
Əsas mənbə: APA
