Vətənim Media xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Ucar Rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayevə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb. O, 100 min manatadək vəsaiti mənimsəməkdə ittiham olunur.
Qarayevə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham verilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə zərərçəkən TƏBİB tanınıb.
Əsas mənbə: APA
