Vətənim Media xəbər verir ki, APA-nın Türkiyə bürosunun məlumatına görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan və Türkiyə arasındakı qardaşlığın siyasi və diplomatik məsələlərdən daha dərin olduğunu bildirib. O, Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə yazılı açıqlama verib.
Bağçalı iki xalqın iradəsi və ortaq mübarizəsi ilə möhkəmlənən qardaşlığın nəsillər boyu yaşadıldığını vurğulayıb. O, Türk dünyasında fikir ayrılıqlarının daimi parçalanmaya çevrilməməli olduğunu, tarixi yaxınlığın gündəlik mübahisələrdən üstün tutulmasının vacibliyini qeyd edib. Bağçalının sözlərinə görə, Türk dünyasının gücü qarşılıqlı etimadda, müstəqilliyə hörmətdə, mədəni zənginlikdə və ortaq məqsədlər ətrafında nümayiş etdirilən iradədədir.
Əsas mənbə: APA
