Azərbaycanın 16 ölkəyə qaz ixracı və əsas bazarlar üzrə həcmlər açıqlanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycanın 16 ölkəyə qaz ixracı və əsas bazarlar üzrə həcmlər açıqlanıb

Vətənim Media xəbər verir ki, Energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun 8-ci Sammitində Azərbaycanın indiyədək ixrac etdiyi qazın həcmlərini açıqlayıb. Energetika Nazirliyinin APA-Economics-ə verdiyi məlumata görə, Azərbaycan hazırda 16 ölkəyə qaz tədarük edir.

İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyarddan çox, Gürcüstana 37 milyarddan çox, Suriyaya isə 1,7 milyard kubmetr qaz ixrac olunub. Nazir bildirib ki, Azərbaycan son altı ildə Avropada təchizat coğrafiyasını genişləndirərək Mərkəzi Avropa və Yaxın Şərq bazarlarına çıxıb.

Şahbazov Cənub Qaz Dəhlizinin təchizat marşrutlarının və bazarların şaxələndirilməsindəki əhəmiyyətini vurğulayıb. O, təbii qaz və bərpa olunan enerji mənbələrinin paralel inkişafının daxili təchizatı gücləndirdiyini, ixrac üçün əlavə resurslar yaratdığını qeyd edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗