Vətənim Media xəbər verir ki, AMEA-nın prezidenti İsa Həbibbəyli APA-ya açıqlamasında Ramiz Mehdiyevin akademiyanın həqiqi üzvlüyündə qala bilməyəcəyini deyib. Həbibbəyli məsələ ilə bağlı yaxın vaxtlarda iclas çağırılacağını və müvafiq qərarın veriləcəyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib, lakin yaşı və səhhəti nəzərə alınaraq cəza şərti hesab olunub. Hökmə əsasən, onun əmlakının dövlət nəfinə müsadirə edilməsi, həmçinin dövlət təltiflərindən məhrum olunması məsələsinə baxılması üçün təqdimat göndərilib. Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib.
Əsas mənbə: APA
