Vətənim Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi 14 il müddətinə azadlıqdan məhrum edib. APA-nın məlumatına görə, hökmü hakim Murad Aslanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan ediblər.
Məhkəmə Mehdiyevin yaşını və sağlamlıq vəziyyətini nəzərə alaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsi əsasında cəzanı şərti hesab edib. Hökmdə onun əmlakının müsadirə edilərək dövlət nəfinə keçirilməsi, eləcə də dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi nəzərdə tutulub.
Mehdiyevə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişməyə yönələn hərəkətlər ittihamları verilib. Onun barəsində Dövlət Təhlükəsizliyi Xidməti 2025-ci ilin oktyabrında cinayət işi başladıb. Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib.
Əsas mənbə: APA
