Vətənim Media xəbər verir ki, oktyabrın 27-də ABŞ fond indekslərinin hamısı yüksəlib. “Nasdaq Composite” 1,18% artaraq 26 477,81 bəndə çatıb. “S&P 500” 0,60%, “Dow Jones” isə 0,03% bahalaşıb.
Avropada bazarlar əsasən artımla bağlanıb. “DAX” 0,71%, “CAC 40” 0,51%, “Euro Stoxx 50” isə 0,79% yüksəlib, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,75% geriləyib. Asiya-Sakit okean regionunda “Nikkei 225” 1,48%, “Hang Seng” 0,48% artıb. APA-nın məlumatına görə, yüksəliş texnologiya şirkətlərinin maliyyə nəticələrinə dair müsbət gözləntilər və səhmlərə tələbin artması ilə müşayiət olunub; geosiyasi risklər və qlobal iqtisadi qeyri-müəyyənlik isə diqqətdə qalır.
Əsas mənbə: APA
