Vətənim Media xəbər verir ki, sentyabrın sonuna Azərbaycanın bank sektorunda struktur likvidlik profisiti 6,2 milyard manat olub. APA-nın məlumatına görə, məcburi ehtiyatlar nəzərə alınmadan hesablanan göstərici ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb.
Azərbaycan Mərkəzi Bankı likvidliyin idarə edilməsində əsasən yeddi günlük depozit əməliyyatlarından istifadə edir. Bu əməliyyatların açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelində payı sentyabrın sonuna 66,4 faiz təşkil edib. Struktur likvidlik profisiti Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərqdir.
Əsas mənbə: APA
