Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycanda rəqəmsal səyyahların texnoparklarda sadələşdirilmiş qaydada qeydiyyatı üçün hüquqi mexanizm yaradılıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov bildirib ki, bu şəxslərin ilkin qeydiyyatı, müvəqqəti və sonradan daimi yaşayış statusu alması ilə bağlı normalar qanunvericilikdə təsbit olunub.
Osmanovun sözlərinə görə, rəqəmsal səyyah son altı ayda minimum əməkhaqqının 13 misli həcmində orta aylıq gəlir əldə etməlidir. Bu, təxminən 5 000–5 200 manat təşkil edir. Xaricdən əldə olunan gəlirlərə vergi güzəşti tətbiq olunacaq. Agentliyin rəhbəri hesab edir ki, bu şəxslərin ölkəyə gəlməsi yüksəkixtisaslı mütəxəssislərin cəlbinə və İKT sektorunun inkişafına, eləcə də daxili xərcləmələr vasitəsilə iqtisadiyyata töhfə verə bilər.
Əsas mənbə: APA
