Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilib – FOTO – YENİLƏNİB

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilib – FOTO – YENİLƏNİB

Vətənim Media xəbər verir ki, Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə rəqabət qanunvericiliyinin tətbiqi, qurumlararası əməkdaşlıq və müasir bazar çağırışları müzakirə olunub.

İclasda Qazaxıstan növbəti dövr üçün Şuraya sədrlik edən ölkə seçilib. Şuranın 62-ci iclasının Qırğızıstanda keçirilməsi qərara alınıb. Agentliyin sədri Elnur Bağırov bildirib ki, iştirakçılara Azərbaycanın rəqabətin inkişafı və inhisarçılığın aradan qaldırılmasına dair milli fəaliyyət planı barədə də məlumat verilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗