Siyəzəndə motosiklet evə çırpılıb, 11-ci sinif şagirdi ölüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Siyəzəndə motosiklet evə çırpılıb, 11-ci sinif şagirdi ölüb

Vətənim Media xəbər verir ki, Siyəzənin Böyük Həmyə kəndində motosikletin yaşayış evinə çırpılması nəticəsində 11-ci sinif şagirdi Oqtay Kərimov hadisə yerində ölüb. APA-nın şimal bürosunun məlumatına görə, qəza saat 15:00 radələrində baş verib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi hadisənin dərs saatlarında olmadığını bildirib. Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗