Bakıda 7-ci sinif şagirdi məktəbin ikinci mərtəbəsindən yıxılıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Bakıda 7-ci sinif şagirdi məktəbin ikinci mərtəbəsindən yıxılıb

Vətənim Media xəbər verir ki, Sabunçudakı 94 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi tənəffüs zamanı binanın ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb. Məktəb rəhbərliyi təcili tibbi yardım çağırıb, şagirdə ilkin yardım göstərildikdən sonra müayinə üçün tibb müəssisəsinə aparılıb.

Bakı Şəhər Təhsil İdarəsinin məlumatına görə, valideynlər və aidiyyəti qurumlar hadisə barədə məlumatlandırılıb, araşdırmaya başlanılıb. Məktəbdə şagirdin sinif yoldaşları və müəllimləri ilə söhbətlər aparılır. Şagirdin çantasında psixotrop dərmanların tapılması barədə də məlumat yayılıb, lakin bu və digər iddialar araşdırmanın nəticələri ilə təsdiqlənməyib. Şagirdin vəziyyətinin orta ağır olduğu bildirilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗