Vətənim Media xəbər verir ki, Tovuz rayonunda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. APA-nın yerli bürosunun məlumatına görə, mərhum rayon sakini, 1976-cı il təvəllüdlü N.Hüseynovdur.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Ölümün səbəbi məlum deyil. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Əsas mənbə: APA
