Vüqar Rəhimzadə: “Media haqqında” Qanunu bilmək jurnalistlərin başlıca vəzifəsidir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Vüqar Rəhimzadə: “Media haqqında” Qanunu bilmək jurnalistlərin başlıca vəzifəsidir

Vətənim Media xəbər verir ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə “Milli mətbuatdan rəqəmsal mediaya: keçid və yeni dövrün çağırışları” forumunda jurnalistlərin “Media haqqında” Qanunu dərindən bilməsinin vacibliyini vurğulayıb.

Deputat media fəaliyyətində qanunvericiliklə yanaşı, etik prinsiplərə əməl edilməsinin də əsas şərt olduğunu bildirib. Onun sözlərinə görə, Mətbuat Şurası yarandığı gündən jurnalistlərin peşə davranışı qaydalarını hazırlayıb və sənədə riayət olunmasına ictimai nəzarət edir. “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın praktik situasiyalara uyğun təkmilləşdirilməsi məsələsi də ictimai müzakirələrdə və jurnalistlərin qurultaylarında gündəmə gətirilir.

Rəhimzadə qeyd edib ki, “Media haqqında” Qanun jurnalistin hüquqi çərçivəsini və əsas iş prinsiplərini müəyyənləşdirir. O, yayıla bilən və yayılması yolverilməz olan informasiyanı bilməyin, obyektivliyin və çalışdığı redaksiyanın nüfuzunu qorumağın media əməkdaşları üçün vacib olduğunu deyib.

Əsas mənbə: www.presscouncil.az

Vətənim Media Shorts

YouTube-da aç ↗