Vətənim Media xəbər verir ki, oktyabrın 30-da Ali Məhkəmənin Plenumunun iclasında cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın daha yüngül cəza ilə əvəzlənməsi ilə bağlı məhkəmə təcrübəsi barədə qərar layihəsi qəbul edilib. Bu barədə APA-ya Ali Məhkəmədən məlumat verilib.
Plenum “Ali Məhkəmənin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” layihəni də qəbul edib. İclasda Sumqayıt İnzibati Məhkəməsində 2025-ci il və 2026-cı ilin birinci yarısı üzrə qanunvericiliyin tətbiqi və ədalət mühakiməsinin vəziyyəti müzakirə olunub. Həmçinin Vəkillərin İxtisas Komissiyasının hakim olan üzvlərinin təyin edilməsi barədə qərarda və Ali Məhkəmənin Elmi-məsləhət şurasının tərkibində dəyişikliklər qəbul edilib.
Əsas mənbə: APA
