“The Economist”: Rusiyanın müharibədəki ümumi itkiləri 2,1 milyona çata bilər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“The Economist”: Rusiyanın müharibədəki ümumi itkiləri 2,1 milyona çata bilər

Vətənim Media xəbər verir ki, APA-nın “The Economist” nəşrinin yeni araşdırmasına istinadən yaydığı məlumata görə, Rusiyanın Ukraynaya qarşı müharibədəki ümumi hərbi itkiləri 1,4–2,1 milyon nəfər arasında ola bilər.

Araşdırmada Rusiya ordusunun ölən hərbçilərinin sayı 374–770 min nəfər kimi qiymətləndirilir. Yaralılar da nəzərə alındıqda ümumi itkilərin 2,1 milyona çatması ehtimalı göstərilir.

“The Economist”in əvvəlki hesablamalarında 2026-cı ilin mayında ölənlərin sayı 280–518 min, ümumi itkilər isə 1,1–1,5 milyon nəfər idi. 2025-ci ilin iyulunda bu göstəricilər müvafiq olaraq 190–350 min və 900 min–1,3 milyon nəfər kimi qiymətləndirilmişdi.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗