Vətənim Media xəbər verir ki, oktyabrın 29-da Qax şəhərində qida zəhərlənməsi diaqnozu ilə 6 kişi və 1 qadın xəstəxanaya yerləşdirilib. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ilkin ehtimala əsasən, onlar göbələkdən zəhərləniblər.
TƏBİB bildirib ki, xəstələrə Qax Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olan 2 nəfər evə buraxılıb, digər 5 nəfər isə saat 21:00 radələrində Bakıda Kliniki Tibbi Mərkəzə təxliyə edilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir, müalicələri davam edir.
Əsas mənbə: APA
