Gəncədə avtomobil və moped toqquşub: iki nəfər xəstəxanaya yerləşdirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Gəncədə avtomobil və moped toqquşub: iki nəfər xəstəxanaya yerləşdirilib

Vətənim Media xəbər verir ki, Gəncənin Mirzə Abbas Abbaszadə küçəsində minik avtomobili ilə moped toqquşub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 2009-cu il təvəllüdlü M.Məhərrəmov və 2006-cı il təvəllüdlü İ.Kalazadə xəsarət alıblar.

İlkin məlumata əsasən, xəsarət alanlar mopeddə olublar. Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗