Vətənim Media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ilkin araşdırmasına əsasən, oktyabrın 29-da Qaxda yeddi nəfərin zəhərlənməsinə meşəlik ərazidən toplanan yabanı göbələklərin istehlakı səbəb olub.
Zəhərlənənlərdən ikisi ambulator müalicə üçün evə buraxılıb, beş nəfər isə Bakıdakı Kliniki Tibbi Mərkəzə təxliyə edilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir. AQTA əhaliyə növünə və yeməli olmasına əmin olmadıqları yabanı göbələkləri toplamamağı və yeməməyi tövsiyə edib.
Əsas mənbə: APA
