Ələt-Astara magistralında “Qazel” dəmir arakəsməyə çırpılıb, iki nəfər ölüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Ələt-Astara magistralında “Qazel” dəmir arakəsməyə çırpılıb, iki nəfər ölüb

Vətənim Media xəbər verir ki, Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verən qəzada iki nəfər ölüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi “Qazel” qoşqulu yük avtomobilinə toxunduqdan sonra idarəetmədən çıxıb və dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində sürücü Ələkbər Həsənov və onun həmkəndlisi, 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində həyatını itiriblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗