Gəncədə 35 yaşlı kişinin meyiti dostunun evində aşkarlanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Gəncədə 35 yaşlı kişinin meyiti dostunun evində aşkarlanıb

Vətənim Media xəbər verir ki, Gəncədə şəhər sakini, 1991-ci il təvəllüdlü K. Nurəhmədlinin meyiti dostunun evində tapılıb. Hadisə Muxtar Hacıyev küçəsindəki yaşayış binalarından birində baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, ilkin məlumata əsasən, kişi toyda iştirak etdikdən sonra axşam sərxoş vəziyyətdə dostunun evinə gəlib. Ölümün səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗