Şəkidə avtomobil dərəyə aşıb: bir nəfər ölüb, üçü yaralanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Şəkidə avtomobil dərəyə aşıb: bir nəfər ölüb, üçü yaralanıb

Vətənim Media xəbər verir ki, Şəki-Qax avtomobil yolunun İnçə kəndi ərazisində “Lada Priora” dərəyə aşıb. APA-nın məlumatına görə, qəza noyabrın 1-də gecə saat 03:00 radələrində baş verib. Avtomobildə olan 24 yaşlı Laçın sakini Səbuhi Ağazadə hadisə yerində ölüb.

Xəsarət alan üç kişi saat 03:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. TƏBİB-in APA-ya verdiyi məlumata görə, iki nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam edir, vəziyyətləri stabildir. Digər yaralı reanimasiya şöbəsindədir və vəziyyəti ağır qiymətləndirilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗